EN

Gəncə şəhər stadionunda ikinci ölüm

Gəncə şəhər stadionunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, tikintisi aparılan mərkəzi stadionda ölüm faktı qeydə alınıb.

Belə ki, orada çalışan 1973-cü il təvəllüdlü Samir Əliyev vəfat edib.

İlkin məlumata görə, adıçəkilən şəxsin anidən səhhəti pisləşib və o, dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Prokurorluğunda araşdırma başlanılıb.

Qeyd edək ki, bu, Gəncə şəhər stadionunda ikinci ölüm hadisəsidir.

Teleqraf.com-un məlumatına görə, iyun ayının 28-də Gəncə şəhər stadionunun tikintisində işləyən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi 1975-ci il təvəllüdlü Şahin Talıbov iş başında qəflətən vəfat etmişdi.

Chosen
33
16
qafqazinfo.az

10Sources