Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi "Sabah" III təsnifat mərhələsində ilk oyununa çıxıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı klubu səfərdə Bolqarıstanın "Levski" komandası ilə qarşılaşıb. Sofiyanın "Georgi Asparuxov" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün yeganə qolunu oyunun əsas vaxtına əlavə olunmuş 8-ci dəqiqədə Borislav Rupanov vurub.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Bakıda baş tutacaq.
Milli.Az