EN

ABŞ Maduronun tutulmasına görə mükafatı 50 milyon dollara qaldırdı

ABŞ

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun tutulmasına aparan məlumat üçün vədinə verdiyi mükafatı rekord səviyyəyə – 50 milyon dollara qaldırdığını rəsmən elan edib. Bu barədə ölkənin baş prokuroru Pəm Bondi “X” sosial şəbəkəsində məlumat verib. O, həmçinin Maduronun “beynəlxalq terror təşkilatları ilə əməkdaşlıq edərək ABŞ-a narkotik tədarükü”ndə ittiham olunduğu bir video da paylaşıb.“Bu gün Ədliyyə Nazirliyi və Dövlət Departamenti Nikolas Maduronun saxlanmasına gətirib çıxaracaq informasiya üçün 50 milyon dollar mükafat elan edir”, – deyə Bondi qeyd edib.ABŞ Ədliyyə Nazirliyi Venesuela prezidentini “dünyanın ən böyük narkotacirlərindən biri” və “ABŞ-ın milli təhlükəsizliyinə təhdid” adlandırıb. Məhz bu səbəbdən onunla bağlı məlumat üçün təklif edilən mükafat kəskin şəkildə artırılıb. 2020-ci ildə sabiq prezident Donald Tramp dövründə bu mükafat 15 milyon dollar idi. 2024-cü ilin yanvarında isə keçmiş prezident Co Bayden Maduro andiçməsindən öncə məbləği 25 milyon dollara qaldırmışdı.Ulusum.az

Diqqət Çəkənlər

200 işıq illik sirli ulduz beşiyi aşkarlandı

İlon Mask Azərbaycanla bağlı paylaşım edib - FOTO

Uçuş dayanıb: "AJET"in Bakı–İstanbul reysi texniki problemlə üzləşdi

Chosen
148
45
ulusum.az

10Sources