"Formula-1"in pilotu Lyuis Hemilton və aktyor Leonardo Di Kaprio 20 milyon dollar dəyərində ziyana düşüblər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, məşhurlar birgə 2021-ci ildə "Neat Burger" adlı restoran açıblar. Sözügedən restoran London, Milan və Nyu-Yorkda fəaliyyətə başlayıb. Lakin yeməkxana məşhurlara heç də uğur gətirməyib.
Hemilton və Di Kaprionun “Neat Burger” restoranı iflas elan edib və bağlanmaq üzrədir. Belə ki, restoran 2021-ci ildə 4,3 milyon dollar, 2022-ci ildə isə 10,6 milyon dollar itirib. Bu il dəyən ziyanla bərabər itki 20 milyon dollar hesablanıb.
İkili restoranlarının bağlanması ilə bağlı hələlik açıqlama verməyib.