EN

Bakı metrosunda körpə dünyaya gəlib

Bakı

Bu gün saat 07:40 radələrində "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında bir qadın körpə dünyaya gətirib.

Reyting.az
QSC-yə istinadla xəbər verir ki, hadisə zamanı stansiya əməkdaşları ona ilkin yardım göstəriblər.

Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

Ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.
Chosen
33
49
reyting.az

10Sources