EN

Tovuzda kişi meyiti tapıldı

Tovuz rayonunda kişi meyiti  tapılıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Dondar Quşçu kəndinin mərkəzindən keçən su arxının kənarından təxminən 40-45 yaşlarında meyit aşkarlanıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları  cəlb olunub. 

Cansız bədəni tapılan şəxs 1983-cü il təvəllüdlü A. Əsgərovdur.

İlkin versiyaya görə, ölüm faktında hər hansı cinayət tərkibi aşkarlanmayıb. Mərhum ruhi xəstə olub və halı qəfil pisləşib yıxılan zamanı başından xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Chosen
44
5
bizim.media

6Sources