EN

“Əl-Nasr” yeni transferini açıqladı

“Barselona”nın 34 yaşlı mərkəz müdafiəçisi İniqo Martinez rəsmən Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubuna keçib.

"Ölkə.az" “Report”a istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

“Əl-Nasr” öz səhifəsində təyyarə pilotunun yeni gələn futbolçunu elan etdiyi bir video yayımlayıb.

Qeyd edək ki, ispaniyalı “Barselona” ilə müqaviləsinə xitam verib və azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib. Müqavilə 2026-cı ilə qədərdir və daha bir mövsüm uzatmaq imkanı var.

Chosen
22
50
olke.az

10Sources