EN

Səid İranxan “Karvan”da

Cənibi Azərbaycan çempionu “Traktor”un sabiq futbolçusu Səid İranxan bundan sonra “Karvan”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Premyer Liqanın yeni iştirakçısı iranlı mərkəz müdafiəçisi Səid İranxanı heyətinə qatıb. 24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Səid İranxan son olaraq ölkəsinin “Peykan” klubunda forma geyinib. O, karyerasına “Traktor” klubunda başlayıb. O, İranın U-21 və U-23 millilərində də çıxış edib.

“Karvan” daha öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveyra Souza, Kayl Spens, Qavi Tompson, Olavale Doyeni, Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov, Moise Nqvisani, Şakil Sno, Uğur Cahangirov və Vitor Roşanı da heyətinə qatmışdı.

Kamran İbrahimov, İbrahim Qədirzadə, Rəhman Şabanov və Ceyhun Bağırzadə ilə yeni müqavilə imzalanıb. Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur, Beqzod Xulikulov, Roman Hüseynov və Kənan Quliyevlə də yollar ayrılıb.

Chosen
55
16
arena.az

10Sources