EN

"Everton" Cek Qrilişi icarəyə götürmək istəyir

"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qriliş karyerasını "Everton"da davam etdirə bilər.

Operativ Media xəbər verir ki, bu haqda "Teamtalk" məlumat yayıb.

Mənbənin məlumatına görə, "şəhərlilər" 29 yaşlı ingilisi icarəyə vermək istəyir. Futbolçunun özü də “Everton”a icarəyə verilməsinə razılıq verib.

Qriliş 2021-ci ildən "Mançester Siti"də çıxış edir. 2024/25 mövsümündə "Mançester Siti"nin heyətində bütün yarışlarda 32 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

Chosen
27
12
operativmedia.az

10Sources