Bakı,11 avqust, AZƏRTAC
“Şamaxı”yla yoxlama oyunda zədələnən Abdul Aziz Batibienin durumuna aydınlıq gəlib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, 18 yaşlı futbolçunun diz bağları qopub.
Əməliyyat olacaq futbolçu 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.