"Zirə"nin "Şamaxı” ilə yoxlama oyununda zədələnən futbolçusu Abdul Aziz Batibienin durumuna aydınlıq gəlib.
QOL.azxəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı vingerin diz bağları qopub. Əməliyyat olacaq oyunçu 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Abdul Aziz bu yay "Zirə"yə keçib.