
“Şamaxı” ilə yoxlama oyununda zədələnən “Zirə”nin futbolçusu Abdul Aziz Batibienin vəziyyəti ürəkaçan deyil.
Reyting.az xəbər verir ki, bu barədə klubun rəsmi instaqram hesabı məlumat yayıb.
Bildirilib ki,18 yaşlı futbolçunun diz bağları qopub: "Əməliyyata hazırlaşan futbolçunun 7 ay meydandan uzaqda qalacağı gözlənilir".