İngiltərənin "Tottenhem" klubu "Mançester Siti" komandasında çıxış edən hücumçu Savionun xidmətində maraqlıdır.
90deqiqe.Az-ın məlumatına görə, klublar artıq danışıqlara başlayıblar və 21 yaşlı futbolçu keçidə qarşı deyil.
Həmçinin qeyd olunur ki, "Tottenhem"ın baş məşqçisi Tomas Frank şəxsən Savionun namizədliyini təsdiqləyib və onunla işləməkdən məmnun olduğunu ifadə edib.
O, 2022-ci ildən Avropada çıxış edir, Braziliyanın "Atletiko Mineyro" klubundan sonra "PSV" (Hollandiya) və "Jirona" (İspaniya) kimi komandalarla müqavilə imzalayıb. Keçən mövsümdə "Mançester Siti"də 48 oyunda iştirak edib, 3 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun İngiltərə klubuyla müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.