AZ

“Mançester Siti”nin oyunçusu İspaniya klubunda

“Mançester Siti” yay transfer dönəmində heyətinə qatdığı Vitor Reysi icarəyə göndərib.

İdmanxeber.az xəbər verir ki, braziliyalı müdafiəçi 2025/26 mövsümünü La Liqa klubu “Jirona”da keçirəcək. Bu barədə İspaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

19 yaşlı futbolçu bu ilin yayında “Palmeyras”dan 37 milyon avroya transfer olunmuşdu. O, “Siti”nin heyətində indiyədək 5 rəsmi oyunda meydana çıxıb.

Qeyd edək ki, həm “Mançester Siti”, həm də “Jirona” “City Football Group”a məxsusdur.

Seçilən
130
50
idmanxeber.az

10Mənbələr