AZ

“Tottenhem” Savinyonu transfer etmək istəyir

“Tottenhem” “Mançester Siti”nin braziliyalı futbolçusu Savinyonu heyətinə qatmaq niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi 21 yaşlı hücumçunun meneceri ilə danışıqlara başlayıb. Savinyonun “şəhərlilər”lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər davam edir.

Qeyd edək ki, gənc futbolçu 2024-cü ildə “Troyes”dən “Mançester Siti”yə 25 milyon avro qarşılığında transfer olunub.

Fərid Nəsibov

 

Seçilən
146
50
idmanxeber.az

10Mənbələr