EN

Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar - Siyahı

Azərbaycanda cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, albalının, gilasın, əriyin, göyərtinin, şokolad məmulatlarının qiymətlərində müşahidə edilib.

Ölkə.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ucuzlaşma isə yumurtanın, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edilib ki, 2025-ci ilin iyul ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil etmişdir. İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma yuyucu və təmizləyici vasitələrin, şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə parketin, ortopedik döşəklərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.

2025-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107,3 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən stomatoloji xidmətlərin, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin, istirahət turlarının, mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.(APA)

Chosen
54
40
olke.az

10Sources