EN

Gürcüstan Prezidenti Türkiyəyə səfər edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili avqustun 12-də Türkiyəyə səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçiriləcək.

Səfər çərçivəsində Türkiyə - Gürcüstan ikitərəfli əməkdaşlığının bütün sahələrinin inkişaf etdirilməsi üçün atılacaq addımlarla yanaşı, aktual regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Chosen
23
50
operativmedia.az

10Sources