AZ

Zelenski 3 ölkənin şirkətlərinə sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya, Belarus və Çində süni intellekt elementlərinin olduğu dron istehsal edən şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

Axar.az xəbər verir ki, məhdudiyyətlər 39 fiziki şəxsə və 55 şirkətə (43 Rusiya, 10 Çin, iki Belarus şirkəti) qarşı tətbiq edilib.

Yeni sanksiyalar Rusiyanın onlarla müdafiə müəssisəsinə, bu ölkənin hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edən xarici firmalara və şirkət rəhbərlərinə şamil edilir.

Tətbiq olunan məhdudiyyətlər aktivlərin bloklanmasını, ticarət əməliyyatlarının qadağan edilməsini və texnologiyalara çıxışın məhdudlaşdırılmasını nəzərdə tutur.

Seçilən
50
27
axar.az

10Mənbələr