EN

Balıkesir zəlzələsindən sonra dağılan binaya görə iki nəfər saxlanıldı

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən 6.1 maqnitudalı zəlzələdən sonra üçmərtəbəli binanın çökməsi ilə bağlı cinayət işi açılıb.

Oxu.Az bu barədə "A Haber"ə istinadla xəbər verib.

Bildirilib ki, yeraltı təkanlardan sonra binanın çökməsi nəticəsində 81 yaşlı Nihat Önbaş həyatını itirib, bir neçə nəfər xəsarət alıb.

Araşdırma çərçivəsində inşaat mühəndisi, memar və geofizik mühəndisdən ibarət ekspert heyəti təyin edilərək binadan beton nümunələri götürülüb. İlkin ekspertiza nəticələrinə əsasən, binanın tikintisini həyata keçirən podratçı və bina sahibi "ehtiyatsızlıqdan ölümə və xəsarətə səbəb olma" ittihamı ilə saxlanılıblar.

Məlumata görə, bina 1998-ci ildə inşa olunub. Alt mərtəbəsində əvvəllər pide salonu fəaliyyət göstərib, sonradan isə aptek açılıb. Yerli sakinlər binanın sütunlarının kəsildiyi barədə iddialar səsləndiriblər.

Ədliyyə naziri Yılmaz Tunç araşdırmanın bütün istiqamətlər üzrə diqqətlə aparıldığını bildirib.

Xatırladaq ki, avqustun 10-da axşam saatlarında Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda zəlzələ baş verib. Zəlzələnin maqnitudası 6.1 bal, dərinliyi isə 11 km olub. Təkanlar İstanbul da daxil olmaqla Mərmərə və Egey bölgələrində bir çox şəhərdə hiss olunub.

Zəlzələdən sonra ərazidə 237 afterşok qeydə alınıb, onlardan 10-u 4 baldan güclü olub. Mütəxəssislər bölgədəki digər qırılma xətlərinin də aktivləşdiyini bildirirlər.

Regionda xilasetmə və yardım işləri davam edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
5
oxu.az

3Sources