EN

Qarabağı zibilləyənlər: Bu VİDEOda bir klub rəsmisi də var - FOTOLAR

Polis işğaldan azad olunan ərazilərdə sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı profilaktik tədbirlər keçirir.

DİN-nin Mətbuat Xidməti bununla bağlı video-xəbər hazırlayıb.

Bildirilib ki, respublikanın dörd bir yanında, o cümlədən hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs olan Qarabağ torpaqlarında polis əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydaları ilə bağlı profilaktik tədbirlər fasiləsiz davam etdirilir.

Vətəndaşlara qanunun tələbləri izah olunur, məlumatlar verilir:

“Bu yerlərdə yaşayan, işləyən və səfərə gələn hər kəsin başlıca vəzifələrindən biri də 30 il ərzində səfalı torpaqlarımızın füsunkar təbiətinə vurulan yaraları sağaltmaq, ekoloji tarazlığını bərpa etməkdir.

Məişət tullantılarını hara gəldi atmaq, ətraf-mühiti çirkləndirmək, Qarabağın saf və təmiz təbiətinə təhlükə yaratmaq qəti şəkildə yolverilməzdir.

Hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə, zibili, tullantıları urnalardan kənara atmamağa, sülh və əmin-amanlıq simvoluna çevrilən Qarabağı təmiz saxlamağa çağırırıq! ”.

Təqdim olunan kadrlarda iki futbol adamını da görməkdəyik.

Onlardan biri ”Səbail”in idman direktoru Zamiq Hüseynovdur. Bir neçə ildir Bayıl klubunda çalışan funksionerlə yanaşı,

Peşəkar Futbol Liqasının sabiq əməkdaşı, hazırda menecer kimi fəaliyyət göstərən Emil Şükürov da profilaktik söhbətə cəlb olunub. Onlar Şuşaya səfər zamanı görüntülənib.

SPORTİNFO.AZ



Chosen
32
50
sportinfo.az

10Sources