AZ

“Gizlətmirəm, mən “Qarabağ”ın bu yeni transferini bəyənmirəm" - VİDEO

"Gizlətməyə ehtiyac yoxdur, "Qarabağ"ın yeni transferlərindən Sami Mmaeni bəyənmirəm.

Portuqaliyalı futbol baxışıma uyğun gəlməyə bilər.

“Qarabağ”ın hazırki müdafiəçiləri daha yaxşıdır. Yeni transferləri də qarşıdakı matçlarda izləyib fikir bildirmək olar.

Əsas komandaya faydalı iş əmsalı nə qədərdi o vacibdir".

Bu açıqlamalar "Pro" kateqoriyalı məşqçi Azər Bağırova məxsusdur.

“Sportinfo TV”də yayımlanan "Avropa həftəsi" verilişində Elçin Cəfərovun suallarını cavablandıran təcrübəli mütəxəssis Çempionlar Liqasının 3-cü təsnifat məhələsinin ilk oyunları çərçivəsində keçirilən "Şkendiya" - “Qarabağ” (0:1) matçına aid şərhlər verib.

O, xüsusilə Ağdam klubunun yeni transferlərindən Sami Mmae haqda səsləndirdiyi fikirlər diqqət çəkib. Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir.

Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
20
50
sportinfo.az

10Mənbələr