AZ

Söhbət bağlandı, bu hücumçu "Qarabağ"ın hədəfində deyil! - VİDEO

"Andre Klovis haqda dünən səsləndirdiyim fikrilər bir çox azarkeşlərin, deyəsən, xoşuna gəlməyib.

Hətta sosial şəbəkələrdə mən səhv çıxarmağa cəhd edənlər var.

Olsun, sosial şəbəkədir, nə istəyirlər, yazırlar. Amma həqiqət birdir: Klovis nə "Qarabağ"ın nə də ki, Qurban Qurbanovun siyahısında yer alıb.

"İmişli"yə transfer olunan Dioqo Almeyda Klovisin hazırki komandasında tandem idilər.

"QOLAT Futbol Agentliyi"nin təmsilçisi olduğu hücumçu yeni mövsüm bir çox klubların radarına girə bilər".

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist son günlərdə adı "Qarabağ"la hallanan Andre Klovisin siyahıda ümumiyyətlə olmamasından bəhs edib, onun "İmişli"yə transfer olunan eks komanda yoldaşı Dioqo Almeyda haqda iddialı açıqlamalar verib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
6
50
sportinfo.az

10Mənbələr