EN

İtaliyanın müdafiə naziri: Aİ əhəmiyyətsiz siyasi oyunçuya çevrilib

Avropa İttifaqı (Aİ) beynəlxalq arenada zəif oyunçuya çevrilərək dünya siyasətində əhəmiyyətini itirib. 

HİT.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Alyaskada keçiriləcək görüşdən əvvəl İtaliyanın müdafiə naziri Qvido Krosetto “La Stampa” qəzetinə müsahibəsində deyib:

"Tramp mövcud dünyada hərəkət edir. Kobud desək: Avropanın əhəmiyyətli çəkisi olsaydı, o, başqa cür hərəkət etməli idi. Əvəzində Avropa elə şərait yaratdı ki, o, özü də sadəcə əhəmiyyətsiz siyasi oyunçuya çevrildi".

Krosetto əlavə edib ki, Putin və Tramp arasında danışıqların nəticəsindən asılı olmayaraq, Aİ ölkələri Ukraynanı dəstəkləməyə davam edəcək.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp avqustun 15-də Alyaskada danışıqlar aparmaq barədə razılığa gəliblər. Əsas mövzu Ukraynada sülhdür. Qərb mediası iddia edir ki, müzakirə olunan təkliflər arasında ərazi mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər.

Bu fonda Fransa, İtaliya, Böyük Britaniya, Finlandiya, eləcə də Almaniya, Polşa və Avropa Komissiyasının rəhbərləri birgə bəyannamə yayaraq, Avropa ölkələrinin Ukraynaya hərbi və iqtisadi yardımı davam etdirməyə və ölkəyə diplomatik dəstək verməyə hazır olduqlarını bildiriblər. İddia olunur ki, münaqişə yalnız aktiv diplomatiya, Ukraynaya dəstək və Rusiyaya təzyiq kombinasiyası ilə başa çata bilər.

Samir

Chosen
83
50
hit.az

10Sources