EN

Fəlakətli vəziyyət: Rusiya ordusu Ukraynanın son müdafiə xəttini yarıb...

Donetskdə rusların irəliləməsi Ukraynanın nəzarətində olan əraziləri təhlükə altına alıb...

Poliqon "Aqenstvo Novosti" nəşrinə istinadən xəbər verir ki, Rusiya ordusu Donetsk vilayətinin cənubunda, Pokrovska şimalda yerləşən Kuçerov Yar və Zolotoy Kolodez kəndlərinə daxil olmağa müvəffəq olub. Bu, rus qoşunlarının Donbasda Ukrayna ordusunun yeni müdafiə xəttini – Pokrovska, Kramatorsk və Slavyanskın qərbində yerləşən çoxqatlı müdafiə sistemini aşdığı deməkdir.

OSINT analitikləri Playfra və Klement Molin bildirir ki, bu müdafiə xətləri yalnız iri yaşayış məntəqələrinin ətrafında möhkəmləndirilib. Analitik Kirill Mixaylovun sözlərinə görə, yaranmış boşluq Kiyevin nəzarətində qalan Donetsk ərazisinin ələ keçirilməsi təhlükəsini yaradır.

DeepState layihəsinin xəritəsinə əsasən, rus qoşunları Kuçerov Yar və Zolotoy Kolodezin bir hissəsini ələ keçirib, kəndlərin digər hissəsi isə “boz zona”da qalıb. Hücumçular mövqelərini möhkəmləndirməyə çalışır və uğurun davamı üçün qüvvələr toplayırlar. Rusiya ordusu “Dobropolie-Kramatorsk” magistralı istiqamətində irəliləməyə davam edir, Novovodyanoye və Petrovski bölgələrində möhkəmlənir.

DeepState qeyd edir ki, yeni müdafiə xətti keyfiyyətli mühəndis əngəlləri və möhkəm mövqelərlə qurulub. Lakin rus qoşunları bu mövqeləri rahatlıqla əhatə edir, daha sonra isə öz müdafiələrində istifadə edirlər. Bu isə mühəndis qurğularının yanında onları qoruyacaq hərbi qüvvələrin və effektiv komandanlığın vacibliyini göstərir.

Playfra analitikinə görə, rus qoşunları 21 iyul tarixində yeni müdafiə xəttinə çatıb, şübhəli qruplar isə Yeni Şaxovo kəndinin şərqində peyda olub. Daha sonra iki həftədən çox müddət ərzində hər iki tərəf Yeni Şaxovo ərazisində baş verənlər barədə məlumat verməyib, yalnız 6 avqust axşamı Zolotoy Kolodez yaxınlığında atışma xəbərləri yayılıb.

Mixaylov bildirir ki, rusların yeni müdafiə xəttini yararaq keçməsi yalnız dar bir sahədə mümkün olub. O, bunu Dnepropetrovsk vilayətinə və Ukraynanın mərkəzi hissələrinə gedən son böyük müdafiə xətti adlandırır. Bundan sonra yalnız iri yaşayış məntəqələrinin ətrafında belə müdafiə xəttləri mövcuddur. Onun sözlərinə görə, əsas problem bu mövqeləri qoruyacaq əsgərlərin olmamasıdır. Playfra da oxşar fikirdədir və bildirir ki, Ukraynanın mərkəzi hissəsinə gedən son müdafiə xətti artıq təzyiq altındadır.

Klement Molin müdafiə xəttinin ən həssas nöqtəsindən yarıldığını hesab edir. Rusiya ordusu ukraynalıların arxasına çıxıb, qərbə tərəf dönərək Dobropoliya istiqamətində təhdid yarada bilər, yaxud şimala davam edərək Kramatorsku təhlükə altına sala bilər. Analitik vəziyyəti “yaxşı deyil, fəlakətlidir” sözləri ilə qiymətləndirir.

Conflict Intelligence Team (CIT) araşdırma qrupunun nümayəndəsi bildirir ki, müdafiə xəttinin yarılması rusların Donetsk vilayətinin şimalına ciddi irəliləməsinə imkan verib. Hazırda qoşunlar Konstantinovka ilə eyni paraleldədir və geniş bir çıxıntı əmələ gətirirlər ki, burada Konstantinovka, Druzkovka yerləşir, şimala doğru irəliləmə davam edərsə, Kramatorsk-Slavyansk aglomerasiyası da təhlükə altına düşəcək.

Analitik əlavə edir ki, rusların daha da irəliləməsi Kiyevin nəzarətində qalan Donetsk ərazisinin tamamını təhlükə altına sala bilər. Playfra da bu fikri dəstəkləyir və deyir ki, vəziyyət çox pisdir, 2024-cü ildən bəri Ukrayna üçün ən ağır məqamlarındandır və ərazi itkiləri mümkündür. Onun fikrincə, Ukrayna komandanlığı yaxın vaxtlarda “ciddi və genişmiqyaslı qərar” verməli olacaq, çünki Ukrayna ordusunun resursları bütün cəbhəni effektiv qorumağa çatmır.

Poliqon.info

Chosen
89
43
poliqon.info

10Sources