Ermənistan Baş naziri Qərbin tələbi ilə strateji mövqeləri verib...
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin birinci sədr müavini Aleksey Juravlev (“Rodina” partiyası) Ermənistan Baş naziri Nikol Paşinyanın Qərbin istəyi ilə “çoxsaylı erməni nəsillərinin uğrunda mübarizə apardığı hər şeyi” təslim etdiyini bildirib.
Poliqon xəbər verir ki, rus deputat bu barədə “RİA Novosti” Agentliyinə danışıb.
Rus deputat qeyd edib ki, Ermənistan və ABŞ “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”nu həyata keçirmək barədə razılığa gəlib və bu plan çərçivəsində 40 kilometrlik Zəngəzur koridoru yaradılacaq ki, bu da Azərbaycanın Naxçıvan eksklavını Ermənistanın cənubundan birləşdirəcək.
“Paşinyan uzun müddət ərzində bir çox nəsillərin uğrunda mübarizə apardığı hər şeyi sadəcə Qərb “sahiblərinin” istədiyi üçün könüllü şəkildə təslim etdi”, deyə Juravlev bildirib
Deputat əlavə edib ki, Yerevan nə Bakıdan, nə də Vaşinqtondan heç nə əldə etməyib, Zəngəzur koridoru isə ABŞ-yə 99 illik icarəyə verilib. Juravlev Panama kanalını misal çəkərək qeyd edib ki, ABŞ kanalı icarəyə götürdükdən sonra ölkəni faktiki onilliklər ərzində nəzarət altında saxlayıb və indi eyni vəziyyət Ermənistan üçün də təhlükə yaradır.
Poliqon.info