EN

Məmməd İsmayılın qızı atasının son vəziyyətindən danışdı: "Hər an hər şey ola bilər"

BAKI, 14 avqust. TELEQRAF

"Hazırda atamın vəziyyəti stabildir".

Bunu Teleqraf-a şair Məmməd İsmayılın qızı İntizar İsmayıl atasının səhhətindən danışarkən deyib.

O, bildirib ki, atasının səhhəti ümümən yaxşı deyil: "Həkimlər deyirlər ki, hər an hər şey ola bilər. Təzyiqi 40-a düşmüşdü və biz çox qorxduq. Sistem vasitəsilə təzyiqini 100-ə qaldırdılar. Bundan başqa, ürəyində aritmiya problemi, beynində şiş var".

İntizar İsmayılın sözlərinə görə, həkimlər xəstəni evə aparmağı məsləhət görmürlər: "Atamın xilası üçün əllərindən gələni edirlər. Reanimasiyada süni tənəffüs aparatına qoşulmuşdu. Ötən gün palataya köçürüldü".

Məmməd İsmayılın qızı onu da deyib ki, xəstəxana xərcini ailə özü təşkil edir.

Qeyd edək ki, şair Məmməd İsmayıl “Bona Dea” xəstəxanasına yerləşdirilib. Onun 86 yaşı var.

Chosen
77
37
teleqraf.com

10Sources