EN

Ucarda yol qəzasında ana və 20 yaşlı oğlu xəsarət alıb

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

AzEdu.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən kecən hissəsində baş verib. "Nissan" və "Daewoo Centra" markalı minik avtomobilləri toqquşub. Nəticədə Oğuz rayon sakinləri - 1978-ci il təvəllüdlü Yaqut Hacıyeva və oğlu 2005-ci il təvəllüdlü Nihat Hacıyev xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Onların Ağdaş rayonundan yas məclisindən qayıdan zaman qəzaya düşdükləri bildirilir.

Fakt araşdırılır.

Chosen
81
7
azedu.az

9Sources