EN

Ucarda yol qəzasında ana və oğlu xəsarət alıb

Ucarda yol qəzası olub, xəsarət alanlar var. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən kecən hissəsində baş verib. "Nissan" və "Daewoo Centra" markalı minik avtomobilləri toqquşub. Nəticədə Oğuz rayon sakinləri - 1978-ci il təvəllüdlü Yaqut Hacıyeva və oğlu 2005-ci il təvəllüdlü Nihat Hacıyev xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların Ağdaş rayonundan yas məclisindən qayıdan zaman qəzaya düşdükləri bildirilir. Fakt araşdırılır.

Chosen
78
7
avtosfer.az

9Sources