Ukraynanın cənub-şərqindəki Dnepr şəhərində partlayış baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə yerli “Obşçestvennoye” telekanalı məlumat yayıb.
Məqalədə deyilir: Dneprdə partlayış səsləri eşidilir.
Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlar göstərir ki, hazırda ölkənin dörd bölgəsində - Dnepropetrovsk, Sumı, Xarkov və Poltava vilayətlərində hava hücumu sirenləri işləyir.