Suriyanın Hələb şəhərində partlayış baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb.
Agentliyin yaydığı məlumata görə, naməlum şəxs partlayıcı qurğunu şəhərin Əl-Maysar bölgəsində çörək sexinin yaxınlığında partladıb.
Hadisə zamanı ölən və yaralananlar barədə məlumat yoxdur.