AZ

Suriyanın Hələb şəhərində partlayış baş verib

Suriyanın Hələb şəhərinin əl-Maysar rayonunda çörək sexinin yaxınlığında partlayış qeydə alınıb.

Doğru.az xəbər verir ki, SANA agentliyinin məlumatına görə, naməlum şəxs partlayıcı qurğunu işə salaraq ölüb.

İlkin məlumatlara əsasən, dinc sakinlər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Dəməşqin mərkəzində də partlayış baş verib. Həmin hadisə zamanı köhnə avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə düşmüşdü.

DOĞRU.AZ

Seçilən
51
3
dogru.az

10Mənbələr