Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev avqustun 15-də Oğuz rayonunda sakinləri qəbul edib.
QHT.az xəbər verir ki, müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.
R.Mustafayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.