EN

İki hakimimiz Konfrans Liqasında

Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA-dan yeni təyinat alıblar.

Apasport.az xəbər verir ki, hakimlərimiz Konfrans Liqasında pley-off mərhəsinin oyunlarını idarə edəcəklər.

Ağayev pley-off mərhələsində Slovakiyada Ukraynanın “Polesye” və İtaliyanın “Fiorentina” komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Məsiyev isə Sloveniyada “Selye” ilə Çexiyanın “Banik Ostrava” komandasının matçını idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov, matçın dördüncü hakimi isə Fərid Hacıyev olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma avqustun 21-də keçiriləcək.

Valdas Dambrauskas: “Çox məyus olmuşuq”

Xulio Velaskes: “Komandamla fəxr edirəm”

KL: "Sabah” mübarizəni dayandırdı - YENİLƏNİB

"Sabah" - "Levski" matçına satılan biletlərin sayı açıqlanıb

Beynəlxalq dərəcəli hakimimiz UEFA Superkubokunda təltif olunub

Chosen
56
13
apasport.az

10Sources