EN

Şəkidə 4 otaqlı evdə yanğın olub

ain.az bildirir, Apa.az portalına istinadən.

Şəkidə 4 otaqlı fərdi yaşayış evi yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gecə saat 3 radələrində rayonun Baş Göynük kəndində yaşayış olmayan və sahibi bilinməyən ümumi sahəsi 360 m² olan ikimərtəbəli 4 otaqdan ibarət evdə yanğın olub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsi üçün Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğının genişlənərək ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
53
47
apa.az

10Sources