EN

Qüdrət Həsənquliyev: “Putinin ABŞ-dan narahatlığı yoxdur”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az saytının suallarını cavablandırıb.

- Qüdrət bəy, xahiş edirik Putinlə Trampın  görüşünün nəticələrini şərh edəsiniz.

- Təəssüf ki, atəşkəsə nail olunmadı, müharibə dəhşətləri baş verməkdə davam edəcək. Mənim kimi çoxları ümid edirdi ki, ola bilsin Trampın Nobel sülh mükafatı almaqla mövqelərinin gücləndirilməsi üçün Putin güzəştə gedib müvəqqəti atəşkəsə razı ola bilər. Amma belə görsənir ki, Putin daha məlumatlı şəxs kimi hələ Trampın hakimiyyəti üçün təhlükə görmür. Eks-prezidentlər  Klinton, bala Buş, Bayden , Obama da daxil olmaqla  ABŞ -nin hər iki aparıcı partiyasında Putinə pərəstiş edən çoxlu insanlar var. Açıq-aydın görsənən odur ki, Rusiya zamanında ABŞ-də prezidentliyə real iddiaçılarla, ölkənin siyasətinin müəyyənləşməsində əsas rol oynayan əksər siyasətçilərlə  qarşılıqlı - faydalı əlaqələr qura bilib. Ona görə Putinin ABŞ-dən narahatlığı yoxdur, xüsusilə Trampdan. Putin hərdən elə - belə  xatırlatmır ki, Trampın seçilməsi üçün çox dua edib. Bəlli oldu ki, Putin  limuzində ABŞ prezidentinə   ev tapşırıqları vermək və dünyaya Rusiyanın təcrid olunmasının mümükün olmadığını nümayiş etdirmək , Trampı Rusiya neftini alanlara  sanksiya tətbiq etməkdən  yayındırmaq üçün  ona  Alyaskada görüşməyi təklif edib.  Bu görüşdən  sonra Tramp Zelenskiyə və Avropa liderlərinə daha alçaldıcı sülh təkliflərini (əslində kapitulyasiya aktını) qəbul etdirmək üçün cidd-cəhdlə çalışacaq , onlara  təzyiqi daha da artıracaq. Bilirsiniz, müharibənin bitməsini həm də Rusiya neftini alan Çin və Hindistan kimi böyük dövlətlər də istəməlidir. Çin Ukraynanın ərazi bütövlüyünü bərpa etməsini  Rusiyanın məğlubiyyəti hesab edir və buna imkan verməyəcəyini deyir. Müharibənin davam etməsi həmin ölkələrə ucuz neft almağa , öz məhsullarını isə sərfəli qiymətlərlə Rusiyaya satmağa imkan yaradır.. Həmişə söyləyirəm ki, Ukraynanı bir dövlət kimi məhv olmaqdan ABŞ xalqı xilas edə bilər. Xalq  ayağa qalxıb Trampdan tələb etsə ki, ya istefaya gedəcəksən, ya da Ukraynaya kömək edəcəksən , o halda Putin Trampı qorumaq üçün müəyyən güzəştə gedə bilər. Amma bunun üçün xalqı kim səfərbər edəcək , əgər siyasi elita Rusiyanı sevirsə. Avropa liderləri də  ABŞ xalqına açıq çağırışlar edə bilər. Amma onlar da Putinin və Trampın qorxusundan bunu edə bilərlərmi? Həm də onların da sırasında Putinə pərəstiş edən çoxlu adam var. Rusiyanın təbii sərvətlərindən çoxları pay almaq istəyir.

- Britaniya ,Almaniya və Fransanın müharibəyə qatılma ehtimalı nə qədərdi?

- Bu ehtimal sıfıra bərabərdir. Onlar Ukraynaya sahib olduqları müasir silahları verməkdən belə çəkinirlər, qaldı müharibəyə qatılsınlar. Ukraynanın xilası üçün  sözün həqiqi mənasında yalnız möcüzə baş verməlidir.

- Bu möcüzə nə ola bilər?

- Dünyada bütün böyük dövlətlərin liderlərinin  ləyaqətli olub beynəlxalq hüquqa və ölkələrinin öhdəliklərinə əməl etməsi, NATO-nun Ukrayna tərəfindən müharibəyə qatılması…

Chosen
63
18
moderator.az

10Sources