AZ

Ya udmaq üçün oynayın, ya da... Tramp

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp israilli girovların azad edilməsinin yalnız HƏMAS-ın məhv edilməsindən asılı olduğunu bildirib.

Bakupost.az xəbər verir ki, D.Tramp bununla bağlı özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"Girovların geri qaytarılmasını yalnız HƏMAS məhv edildikdən sonra görəcəyik. Bu, nə qədər tez baş versə, uğurun ehtimalı da bir o qədər çox olar. Xatırlayın, yüzlərlə girovun azad edilərək İsrailə və Amerikaya gətirilməsi barədə müzakirələri mən aparmışam. Mən o şəxsəm ki, 6 ayda 6 müharibəni sonlandırmışam. Mən İranın nüvə təsisatlarını məhv etmişəm. Ya udmaq üçün oynayın, ya da ümumiyyətlə oynamayın",- D. Tramp qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
50
www.bakupost.az

10Mənbələr