ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin liderləri ilə telefon danışıqları həyata keçirib.
BAKU.WS-in BBC-yə istinadən yaydığı məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt açıqlama verib.
Bildirilib ki, Tramp Avropa liderlərini Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşün nəticələri barədə məlumatlandırıb.
***10:55
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun telefon danışığı aparıb.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Levittin sözlərinə görə, bu danışıq Trampın Alyaskadan Vaşinqtona qayıdarkən təyyarədə baş tutub.