EN

Kılıçdaroğlunu ölümlə hədələdilər: Hücumun arxasında görün kimlər dayanır

Türkiyədə sabiq CHP sədri Kamal Kılıçdaroğlu ölümlə hədələnir. Partiya daxilində baş verən qalmaqallı hücumlarla bağlı çoxsaylı cinayət işlərinin açıldığı bildirilir.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məlumata görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu və CHP sədri Özgür Özəl tərəfindən qurulduğu iddia edilən “trol ordusu” yalnız siyasi rəqiblərə qarşı deyil, həm də partiya daxilindəki müxalif fiqurlara hücum edib.

Bu hücumların əsas hədəflərindən biri isə Kılıçdaroğlu olub. CHP-nin 38-ci Qurultayından sonra sosial şəbəkələrdə aktivləşən trol şəbəkəsi sabiq sədri təhqir etməklə yanaşı, ona ölüm mesajları da göndərib.

Chosen
112
20
publika.az

10Sources