Olaylar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.
Havanın temperaturu gecə +21 dərəcədən +24 dərəcəyədək, gündüz +27 dərəcədən +31 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 40-45% təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan olacağı, dolu düşəcəyi, axşama doğru tədricən kəsiləcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +19 dərəcədən +23 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək, dağlarda gecə +13 dərəcədən +18 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək isti olacaq.