EN

Pezeşkian Ermənistan və Belarusa səfər edəcək

İran Prezidenti Məsud Pezeşkianın avqustun 18-dən etibarən Ermənistan və Belarusa rəsmi səfəri başlayır.

“Azad İran” “Telegram” kanalı bildirir ki, bu barədə prezidentin siyasi məsələlər üzrə müavini Mehdi Sənayi məlumat verib.

Onun sözlərinə görə, səfər iki gün davam edəcək. Əsas məqsəd – xüsusilə ticarət sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və yeni sənədlərin imzalanmasıdır. Səfər əvvəlcə ötən ayın əvvəlində planlaşdırılsa da, müəyyən səbəblərdən təxirə salınıb.

Sənayi əlavə edib ki, M.Pezeşkian yaxın vaxtlarda Çinə də gedəcək və sentyabr ayında keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə qatılacaq.

Chosen
45
50
editor.az

10Sources