EN

Başqasının şəkilləri ilə saxta sosial media hesabı açan şəxsə bu cəza verildi

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyədə Ali Apellyasiya Məhkəməsi başqasının adı və şəxsi məlumatları ilə saxta sosial media hesabı açan şəxsə 2 il 1 ay həbs cəzası verib. SİA Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Ankarada baş verib.

Məlumata görə, bir şəxs ədavət yaşadığı digər şəxsin adından və fotosundan istifadə edərək saxta “Facebook” hesabı yaradıb. Hesab vasitəsilə qarşı tərəfin nişan fotoları paylaşılıb, uyğunsuz şəkillər və təhqiredici ifadələr yayılıb. Hətta zərərçəkmişin telefon nömrəsi açıq şəkildə yayımlanıb.

Şikayətdən sonra məhkəmə mövcud sübutları yetərli hesab edərək, təqsirləndirilən şəxsə “məlumatların qanunsuz olaraq əldə edilməsi və yayılması” maddəsi ilə 2 il 1 ay həbs cəzası təyin edib.

Ali Məhkəmənin 12-ci Cinayət Kollegiyası apellyasiya instansiyasının qərarını qüvvədə saxlayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
57
18
sia.az

10Sources