AZ

Taksiyə saxta 100 lük verib, sürücüdən 95 manat da qalıq aldı

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bakının Mərdəkan qəsəbəsində taksiyə minən qadın Qala qəsəbəsində düşərkən sürücüyə 5 manat gedişhaqqına görə 100 manatlıq saxta əskinas verib. Üstəlik, sürücüdən 95 manat da qalıq alıb.

Bizimyol.info xəbər verir ki, bu hərəkəti eləyən 27 yaşlı Venera sonradan tapılaraq həbs olunub. O, 5 il 1 ay azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 204.1 (saxta pul hazırlama, əldə etmə və ya satma) və 234.1 (narkotik vasitələri, psixotrop maddələri əldə etmə, daşıma, saxlama) maddələri ilə ittiham irəli sürülüb. 5 yaşlı bir qız uşağının anası olan Venera saxlanılarkən üstündən narkotik maddə də tapılıb.

Həm saxta pul, həm də narkotiklə bağlı ittihamı özü də etiraf edir. O, bildirib ki, taksi sürücüsündən əvvəl saxta 100 manatlığı aptekdəki satıcıya vermək istəyib. Lakin satıcı pulun saxta olmasından şübhələnib, onu geri qaytarıb. Bundan sonra 1 manatlıq əskinas verib, 50 qəpiklik dərman alıb, çıxıb, yenidən taksiyə əyləşib.

Qeyd edək ki, həmin vaxt o, taksini saxlatdırıb aptekə girib-çıxıbmış. Venera taksidən düşüb gedəndən az sonra sürücü pulun saxta olduğunu başa düşüb. Pulu verən qadını tapa bilməyəndə onun az əvvəl düşdüyü aptekə gəlib. Satıcıdan bir az əvvəl gələn qadının ona da saxta pul verib-vermədiyini soruşub. Satıcı deyib ki, saxta pul verməyə cəhd eləsə də, geri qaytarıb.

Daha sonra sürücü polisə şikayət edib. Lakin məhkəmədə şikayətçi olmayıb.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
18
bizimyol.info

10Mənbələr