İran Prezidenti Məsud Pezeşkian avqustun 18-də Ermənistana rəsmi səfər edəcək.
Azreform.info “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri İran Prezidentinin müşaviri Mehdi Sənaiyə istinadən məlumat yayıb.
"Prezident Pezeşkianın Ermənistana səfəri iki gün davam edəcək", - o bildirib.
İran Prezidenti İrəvandan sonra Belarusa yollanacaq.
Müşavirin sözlərinə görə, səfərin məqsədlərindən biri qeyd olunan ölkələrlə xüsusilə işgüzar sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də sənədlərin imzalanmasıdır.