EN

"Hər kəs avroliqada oynamağa cəhd etməməlidir" - Ayxan Abbasov

style='margin-bottom:10px;'>

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 1-ci turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

- İlk oyun idi, rəqib isə "Neftçi" və səfərdə. Bilirik ki, "Neftçi"də yeni futbolçular da var. Ona görə ilk oyunlarda rəqibi təhlil etməkdə çətinlik çəkirik. Bizim də yeni oyunçularımız var. Nə qədər yoldaşlıq görüşləri keçirsək də, ilk turda səfərdə "Neftçi"nin azarkeşləri qarşısında oynamaq çətin idi. Amma bunlara baxmayaraq, futbolçularımdan razı oldum. Birinci hissədə daha çox hücumlar oldu, ikinci hissə isə rəqibin üstünlüyü ilə keçdi. Bizdə də yorğunluq oldu, dəyişikliklər etdik. Əlbəttə ki, "Neftçi" ilə səfərdə bir xal qazanmaq bizi sevindirir. Bu il daha yaxşı olmaq istəyirik. İstəyirik ki, futbolçularımız daha çox inkişaf etsinlər. Bunun üçün əziyyət çəkməliyik, oyunçulara da bildirdib. Bizim azarkeşlərə də təşəkkür edirəm ki, Şamaxıdan gəlmişdilər və bizi tək qoymadılar. "Neftçi"yə uğurlar. 

- Heyətin geniş olmaması mövsümün gedişində problem yaradacaq? 

- Biz komandanı elə qurmuşuq ki, daha çox ehtiyyat qüvvə gənclərdir. Çəkinmədən onlara şans verəcəyik. Əlbəttə, onların oyunu ilə digərlər futbolçularının oyunlarında fərq olacaq. Heyətimiz qarşımıza qoyulan hədəfə çatmağa imkan verir. Hədəfdən çox şey asılıdır. Bizim də imkanımız çox olsaydı, biz də digər klublar kimi 15, 16 futbolçular, legionerlər transfer edərdik. Bizim üçün yerli futbolçu gətirmək legionerdən asandır. Bu da normaldır. Klub olaraq biz qarşımıza fərqli məqsəd qoymuşuq. Hər kəs avroliqada, yuxarı yerlərdə oynamağa cəhd etməməlidir. Əlbəttə, istəyirik, mən də bir məşqçi kimi istəyirəm. Amma bu gün hədəfimiz başqadır. Bu gün oyuna sonradan daxil olan bəzi gənc oyunçularımıza əsas heyətdə yer versəm inanıram ki, pis olmayacaq. Amma onlara da vaxt lazımdır. İnşallah, onları da meydanda görəcəyik. 

- Ötən mövsüm üzə çıxardığınız Edqar Adilxanovun ehtiyat heyətdə olmasının səbəbi nədir?

- Edqar bizim əsas oyunçumuzdur. Təlim-məşq toplanışında son oyunlar heyətdə dəyişikliklər edirdik. Özünü son oyunlarda yaxşı tərəfdən göstərən futbolçulara üstünlük verdik. Edqarın cinahında rəqabət var. Bu onun inkişafına olacaq. Onun böyük potensialı var. Amma bizi tam qane etmək üçün çox çalışmalıdır. 

- Elçin Məsiyevlə mübahisələriniz oldu. Narazılığınız nəyə görə idi?

- Birinci onu təbrik etdim. Kim bizi UEFA-da təmsil edirsə, bizim üçün uğurdur. Sonra xahiş etdim ki, qızıl medal alan hakimsən biraz xırda cərimələri az ver. O da mənə sarı vərəqə verdi. Ümumən, oyunu pis idarə etmədi. Sadəcə xırda məqamlarda bəzən bizdə sarı oldu, rəqibdə isə yox. Bu da matçın stressinə görə normaldır. 

- Hər iki komandanın start heyətində 2-3 yerli futbolçu var idi. Həm də U-21 millinin baş məşqçisi kimi bu sizi narahat edir?

-  Bununla bağlı öz fikrimi çox demişəm. Bu qərar çıxanda, yəqin ki, oxumusunuz. Yerli futbolçu çox oynamalıdır. Amma durumla mən də ayaqlaşmalıyam. Əsas heyətdə 2 oyunçu idi. Amma sonradan meydana girənlər gənc və yerlilər idi. Buna qayıtmaq, danışmaq gecdir. Artıq qərarlar verilib. Yeniliklər çoxdur. Özümüz üçün maraqlıdır ki, 12 komanda, iddialı transferlərdən sonra ab-havanı axıra qədər hansı komanda saxlayacaq.  

- "Şamaxı"nın baş məşqçisiniz, amma U-21 yığmasını da çalışdırırsınız. Heyəti quranda nə qədər klubu fikirləşsəniz də, U-21 oyunçularının oynaması üçün, praktikasının olması üçün, onları meydana buraxmaq məcburiyyətindəsiniz. Bu sizin özünüz üçün ikiqat təzyiq yaradır?

- Yaxşı sualdır. Daxilimdə olan bir mübarizədir. Amma biz fikirləşəcəyik. Klub olaraq, həm rəhbərlik, həm biz onsuz da ötən mövsüm U-21-in baş məşqçisi olmayanda da, Rüfət Abbasovu "Neftçi"dən, Rauf Rüstəmlini gətirəndə, millini düşünmürdük. Prinsiplərimiz gəncləri yetişdirməkdir. Komandada rəqabət var. Oyun olacaq ki, bu riskə gedəcəyik. Amma unutmayaq ki, "Şamaxı"nın da yerini qaranti etməliyik. Gələcək imkan verərsə, daha çox şans verəcəyik.

Chosen
47
50
teleqraf.com

10Sources