Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Şimali Slobojansk istiqamətində müəyyən ərazilərdə irəliləyişi 1 km-dən 2,5 km-ə qədərdir.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə informasiyanı ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Məlumata görə, cəbhənin bu hissəsində Ukrayna hərbçiləri Rusiya qüvvələrinin bölmələrinin məhvi və əhalinin məskunlaşdığı ərazilərin azad olunması istiqamətində aktiv əməliyyatları davam etdirir.
"Rusiya işğalçılarının maddi-texniki təminatı, təxliyyəsi və bölmələrinin gücləndirilməsinin qarşısını almaq üçün müəyyən yerlərdə düşmənə davamlı atəş zərbələri zonaları saxlanılır", - məlumatda deyilir.
Sumı vilayətinin Alekseyevka və Yunakovka ərazilərində aktiv əməliyyatların aparıldığı vurğulanır.
Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin Silahlı Qüvvələri artıq ikinci gündür Donetsk vilayətinin Dobropolya və Pokrovsk yaxınlığındakı ərazilərdə irəliləyir.
Bizim.Media