Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Səfərdə “Kocaelispor”la qarşılaşmış “Samsunspor” 3 xalı tək qolla qazanıb. “Alanyaspor” – “Rizəspor” və “Göztəpə” – “Fənərbağça” matçlarında isə qapılara qol vurulmayıb. Beləcə, ilk turdakı oyunu təxirə salınmış “Fənərbağça” yeni mövsümə xal itkisi ilə başlayıb.
2-ci turun qalan görüşləri avqustun 17-də və 18-də keçiriləcək.
Türkiyə, Super Liqa
2-ci tur
15 avqust
Qalatasaray – Fatih Karagümrük 3:0
Qollar: B.A.Yılmaz, 10. F.Kurucuk, 74-öz qapısına. İkardi, 87.
16 avqust
Kocaelispor – Samsunspor 0:1
Qol: Yovanoviç, 82-öz qapısına.
Alanyaspor – Rizəspor 0:0
Göztəpə – Fənərbağça 0:0
17 avqust
20:00. Gənclərbirliyi – Antalyaspor
20:00. Konyaspor – Qaziantep
22:30. Başakşəhər – Kayserispor
22:30. Beşiktaş – Eyüpspor
18 avqust
22:30. Kasımpaşa – Trabzonspor