EN

Zelenski ilə Vaşinqtona kimlər gedəcək?

İtaliyanın baş naziri Corciya Meloni ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında avqustun 18-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüş üçün ABŞ-a gedib-getməməyi düşünür.

Məlumatı Il Fatto Quotidiano qəzeti yayıb. Bildirilir ki, Melonidən əlavə, Böyük Britaniyanın baş naziri Key Starmer, Almaniya kansleri Fridrix Merz və Fransa prezidenti Emmanuel Makron Vaşinqtona gedə bilər.

Bu gün Avropa liderlərinin "könüllülər koalisiyası" çərçivəsində videokonfrans keçirməsi planlaşdırılır. Orada Meloni də iştirak edəcək.

Politico-nun yazdığına görə, Avropalı siyasətçilər öz təmsilçiləri Finlandiya prezidenti Aleksandr Stubbı ABŞ prezidenti Donald Trampla görüş üçün Ukrayna prezidenti Vladimir Zelenski ilə birlikdə Vaşinqtona göndərməyi planlaşdırırlar: “İki avropalı diplomatın sözlərinə görə, Trampla görüşmək üçün bazar ertəsi Vaşinqtona gedərkən Trampın sevimli həmsöhbətlərindən ən azı birini - Finlandiya prezidenti Aleksandr Stubbı Zelenski ilə birlikdə göndərmək planları var”.

Nəşr qeyd edir ki, avropalılar Tramp və Zelenski arasında münasibətlərin hər hansı kəskinləşməsinin qarşısını almaq və ABŞ prezidentini Avropanı gələcək danışıqlara cəlb etməyə inandırmaq üçün Stubba ümid edirlər.

Qəzetin yazdığına görə, “Trampla yaxın münasibət quran” NATO-nun baş katibi Mark Rutte də Zelenski ilə eyni vaxtda Vaşinqtona səfər edə bilər.

Chosen
30
50
news365.az

10Sources