EN

III Çarlzın səhhəti kəskin pisləşdi

Xərçəng xəstəliyindən əziyyət çəkən Böyük Britaniya kralı III Çarlzın səhhəti son aylarda kəskin pisləşib.

Axar.az xəbər verir ki, bu barədə "Radar Onlayn" portalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

"Əsa sadəcə kral portretinin ənənəvi aksessuarı deyil, o, artıq zərurətə çevrilib", - mənbə bildirib.

Bildirilir ki, Britaniya monarxı üçün Norfolk malikanəsinin ərazisində hərəkət etmək çətinləşib. O, xəstəliyin səbəb olduğu ağrını azaltmaq üçün spirtli içkilər qəbul edir.

Chosen
35
9
axar.az

10Sources