AZ

Tovuz sakini avtomobillə qonşusunu vurub öldürdü - Fotolar

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, Ramal Mürşüdov idarə etdiyi “VAZ21 07” markalı avtomobillə qonşusu, 1950-ci il təvəllüdlü Solmaz Mejdinovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, R.Mürşüdov hadisəni ehtiyatsızlıqdan törədib.

Faktla bağlı araşdırmaya başlanılıb.

Yunis Quliyev


Seçilən
48
44
qafqazinfo.az

10Mənbələr