Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
KONKRET.az-ın “Qafqazinfoya istinadən məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, Ramal Mürşüdov idarə etdiyi “VAZ21 07” markalı avtomobillə qonşusu 1950-ci il təvəllüdlü Solmaz Mejdinovanı vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırmaya başlanılıb.